Modern.az

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Ziya Bünyadov prospektində hərəkət məhdudlaşdırılır

Aktual

17 İyul 2020, 17:00

İyulun 18-19-da Bakının Ziya Bünyadov prospektinin “Karl Marks dairəsi” kimi tanınan ərazisinin köməkçi yolunun bir hissəsində “Xutor dairəsi” istiqamətində aparılan təmir işlərilə əlaqədar hərəkət müvəqqəti məhdudlaşdırılacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

 

Məlumata görə, alternativ olaraq sürücülər Ziya Bünyadov prospektinin əsas yolundan, həmçinin  həmçinin Azadlıq prospekti, Cəfər Xəndan, Eldar babayev, 22-ci Dağlıq və Hüseyin Seyidzadə küçələrindən istifadə edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV