Modern.az

AŞPA həmməruzəçiləri Tovuzdakı gərginliklə bağlı bəyanat yaydılar

AŞPA həmməruzəçiləri Tovuzdakı gərginliklə bağlı bəyanat yaydılar

Aktual

17 İyul 2020, 17:46

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) həmməruzəçiləri Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlarla bağlı bəyanat yayıblar.

 

Modern.az xəbər verir ki, AŞPA-nın Ermənistan üzrə finlandiyalı həmməruzəçisi Kimmo Kiljunenin AŞPA-nın Azərbaycan üzrə avstriyalı həmməruzəçisi Stefan Şennax və britaniyalı həmməruzəçisi Rojer Gale ilə birgə yaydığı sənəddə Ermənistan və Azərbaycan təmkinli olmağa çağırılıb.

 

Bəyanatda həmçinin Ermənistan və Azərbaycan arasında atəşkəsin pozulmasıdan narahatlıq ifadə olunub: “Xatırladırıq ki, Avropa Şurasına üzv olduqları zaman sülhün yaradılması hər iki ölkənin üzərlərinə götürdükləri öhdəliklərdəndir. Ona görə də Ermənistan və Azərbaycanı təhlükəli vəziyyətdən çıxmaq və iltihablı ritorikadan çəkinmək üçün lazımi təmkin göstərməyə çağırırıq”. 

 

"Biz həmçinin hər iki ölkəni həmsədrlərin 15 iyul tarixli bəyanatlarında göstərilən qaydada ATƏT-in Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlarları davam etdirməyə və ATƏT-in müşahidəçilərinin bölgəyə qayıtmalarına icazə verməyə dəvət edirik“, -  bəyanatda vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV