Modern.az

Şəkidə karantin qaydalarını pozan şəxslər cərimələnib

Şəkidə karantin qaydalarını pozan şəxslər cərimələnib

Aktual

17 İyul 2020, 18:00

Koronavirus infeksiyasının kütləvi yayılmasının  qarşısının alınması məqsədilə Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində nəzarət-profilaktik tədbirləri davam etdirir.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, istər nəqliyyat vasitəsilə,  istərsə də piyada hərəkət edən vətəndaşlar polis əməkdaşları tərəfindən planşet vasitəsilə yoxlanılır.  Həmçinin, sakinlərlə profilaktik söhbətlər aparılır, sərtləşdirilmiş karantin rejiminin  qaydaları və tələbləri onların diqqətinə çatdırılır.

Müvafiq icazələri olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tibbi maskadan istifadə etməyən şəxslər aşkarlandıqda onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimələnirlər.

 

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV