Modern.az

Paşinyan istefaya göndərdiyi generala vəzifə verdi

Paşinyan istefaya göndərdiyi generala vəzifə verdi

Aktual

17 İyul 2020, 18:42

Ermənistan silahlı qüvvələrinin keçmiş Baş Qərargah rəisi Artak Davtyan Hərbi-Sənaye Komitəsinin rəhbəri təyin edilib.

 

Modern.az Virtualaz.org-a istinadən bildirir ki, baş nazir Nikol Paşinyan bununla bağlı müvafiq qərar imzalayıb.

Qeyd edək ki, iyunun əvvəlində Davtyan Baş Qərargah rəisi vəzifəsindən istefa verib. Buna səbəb kimi iyunun 7-də fövqəladə vəziyyət şəraitində oğluna 100-dən çox qonağın iştirakı ilə toy etməsi göstərilib.

 

Yeri gəlmişkən, həmin hadisə cəmiyyətdə böyük etiraz doğurmuşdu. Onun məhz etirazlara cavab olaraq istefa verdiyi ehtimal edilirdi.

 

Xatırladaq ki, Davtyanın yerinə Onik Qasparyan təyin olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV