Modern.az

Nigahdan imtina eden 83 cütlük BARIŞDIRILDI

Nigahdan imtina eden 83 cütlük BARIŞDIRILDI

Aktual

17 İyul 2020, 19:06

Ailə institutunun inkişafına və nikah münasibətlərinin möhkəmlənməsinə dəstək verilməsi, nikahın pozulması hallarının mümkün qədər qarşısının alınması məqsədi ilə vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində Bakı şəhərinin rayon və “ASAN xidmət” mərkəzlərindəki, habelə Lənkəran rayon qeydiyyat şöbələrində mediasiya xidmətinin göstərilməsi işi davam etdirilib.

 

Ədliyyə Nazirliyindən Modern.az-a bildirilib ki, qeydiyyat şöbələri tərəfindən ümumilikdə nikahın pozulması haqqında 555 ərizə qəbul edilib, müraciət edənlərdən 910-u psixoloqla söhbətə cəlb olunub və nəticədə 166 nəfər (83 cütlük) nikahın pozulmasından imtina edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV