Modern.az

AŞPA prezidenti Sahibə Qafarovanın müraciətinə cavab verdi

AŞPA prezidenti Sahibə Qafarovanın müraciətinə cavab verdi

Aktual

17 İyul 2020, 20:29

Avropa Şurası Parlament Assambleyasının prezident Rik Daems Milli Məclisin sədri Sahibə Qafarovanın Ermənistanın Azərbaycanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətməsi ilə bağlı müraciət məktubuna cavab göndərib.

Modern.az-ın məlumatına görə,  AŞPA prezidenti bildirib ki, bu məsələ AŞPA-nın müvafiq komitələrinin diqqətinə çatdırılıb. O, komitələrin yaranmış vəziyyəti yaxından izlədiyinə inandığını bildirib.


AŞPA prezidenti Rik Daemsin Milli Məclis sədri Sahibə Qafarovaya ünvanladığı məktubunda bildirilir ki, AŞPA tərəfləri gərginlik yaradan və və münaqişəni dərinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırır.

 

Eyni zamanda, o, tərəfləri ATƏT-in Minsk Qrupu həmsədrləri ilə əməkdaşlığa davam etməyə, münaqişənin sülh yolu ilə həllini tapmağa, mülki şəxslərin təhlükəsizliyini və müdafiəsini təmin etməyə çağırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV