“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Abituriyentlər üçün dərs vaxtı”nın iyulun 17-də sonuncu buraxılışı təqdim edilib.
Bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, proqramda Azərbaycan bölməsi üzrə biologiya, fizika, kimya fənləri və futzal məşğələsi, rus bölməsi üzrə isə biologiya, fizika və kimya fənlərindən teledərslər yayımlanıb.
Xatırladaq ki, teledərslər bu formatda iyunun 16-dan başlayaraq təqdim edilib.