Azərbaycanın qadın təşkilatları beynəlxalq qurumların rəhbərlərinə müraciət edib.
Modern.az xəbər verir ki, BMT-nin Baş Katibi Antoniu Quterreşə, ATƏT-in fəaliyyətdə olan sədri Edi Ramaya, ATƏT PA-nın prezidenti Georgi Sereteliyə, Avropa İttifaqının Prezidenti Şarl Mişelə, Avropa Şurasının Baş Katibi xanım Mariya Peyçinoviç-Buriçə, ABŞ prezidenti Donald Trampa, Rusiya Federasiyasının prezidenti Vladimir Putinə və Fransa Respublikasının prezidenti Emanuel Makrona ünvanlanan müraciətdə deyilir:
- Hörmətli Xanımlar və Cənablar!
2020-ci il iyul ayının 12-də dövlət sərhədində yerləşən Tovuz rayonunda Azərbaycanın hərbi məntəqəsi Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə tutulmuş və Azərbaycan növbəti dəfə Ermənistanın təcavüzünə məruz qalmışdır. Ermənistanın bu təcavüzü 6 gündür ki, davam edir. Bu, rəsmi İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə həllində maraqlı olmadığının və Covid 19 pandemiyası dövründə BMT Baş katibinin qlobal atəşkəs rejiminə əməl olunması haqqında çağırışına əhəmiyyət vermədiyinin əyani sübutudur.
30 ildən çoxdur ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonunu qanunsuz olaraq işğal altında saxlayır. Orada yaşayan bütün azərbaycanlılar etnik təmizləməyə məruz qalmış və öz yaşadıqları yerlərdən zorla çıxarılmışlar. İşğalçı qüvvələrin ərazimizdən dərhal və tam olaraq çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı Qətnamələri indiyə kimi yerinə yetirilmir. Münaqişənin sülh və danışıqları yolu ilə həlli istiqamətində Azərbaycanın səyləri və xoş niyyəti heç bir nəticə vermir, Ermənistan hər vəchlə danışıqları uzatmağa, formatını dəyişməyə və status kvonu olduğu kimi saxlamağa çalışır. İşğalçı ölkənin qanunsuz hərəkətlərinə, sizin təmsil etdiyiniz təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri olan ABŞ, Fransa və Rusiya tərəfindən adekvat qiymət verilmədiyindən cəzasızlıq mühiti yaranır və bu da Ermənistanı daha çox təxribatlar törətməyə, beynəlxalq hüquq norma və prinsiplərini davamlı olaraq pozmağa cəsarətləndirir.
Azərbaycanın Tovuz rayonunda olan hərbi məntəqələrinə Ermənistan tərəfindən edilən hücum bu cəzasızlığın nəticəsidir. Hətta işğalçı ölkə təkcə hərbi məntəqələrə hücumla kifayətlənmir, dinc əhalinin sıx yaşadığı kəndlərimizə artilleriya və ağır çaplı silahlardan atəş açır, 76 yaşlı Əzizov Əziz İzzət oğlunu yaşadığı evin içində qətlə yetirir və mülki şəxslərin əmlaklarına ciddi ziyan vurur.
Biz, Azərbaycanda fəaliyyət göstərən qadın təşkilatları olaraq sizlərə müraciət edir, Ermənistanın törətdiyi hərbi təxribatlara adekvat qiymət verməyə və ölkəmizə qarşı törətdiyi təcavüz aktına və zor tətbiqinə görə işğalçı ölkənin cəzalanması üçün beynəlxalq hüquq normaları çərçivəsində təsirli tədbirlər görməyə çağırırıq.
Hörmətlə,
Bahar Qasımova "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" ictimai birliyinin sədri
Novella Cəfərova “D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti” ictimai birliyinin sədri
Səadət Bənənyarlı Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi ictimai birliyinin sədri
Səltənət Qocamanlı "İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi" ictimai birliyinin sədri
Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı ictimai birliyinin sədri
Rəna Mirzəzadə Gender və İnsan Hüququ Araşdırma ictimai birliyinin sədri
Tənzilə Rüstəmxanlı Azəri Türk Qadınlar ictimai birliyinin sədri
Esmira Orucova "Həsrət Yolu" Əsir və Girovlara Kömək ictimai birliyinin sədri
Növrəstə Yusifova “Qarabağ Əlilləri və Veteranları” ictimai birliyinin sədri
İradə Yaqubova “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” ictimai birliyinin sədri
Mehriban Zeynalova "Təmiz Dünya" Qadınlara Yardım ictimai birliyinin sədri
Bəyimxanım Verdiyeva “Xan Şuşinski” Fondunun sədri
Tamam Cəfərova “Universitet Təhsilli Qadınlar Cəmiyyəti” ictimai birliyinin sədri
Sevda Tahirli “Mirzə Ələkbər Sabir” fondunun sədri
Gülayə Səfərova “AiləDünyası” Ailələrə Hüquqi Yardım ictimai birliyinin sədri
Mətanət Cəfərova "Əsgər Ailələrinə Dəstək" ictimai birliyinin sədri
Vüsalə Hüseynli "İslahatçı qadınlar və innovasiyalar" ictimai birliyinin sədri
Mahirə Əmirhüseynova “XXI Əsrin Qadınları” ictimai birliyinin sədri
Roza Əliqızı “Əsgər Ailəsi Cəmiyyəti" Vətənpərvərliyin Təbliği ictimai birliyinin sədri
Rəhilə Teymurova "Şahdağ" xeyriyyə ictimai birliyinin sədri
Mariyə Hüseynova “Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” ictimai birliyinin sədri
Tahirə Məmmədova "Azərbaycan-İraq Mədəni Əlaqələr" ictimai birliyinin sədri
Səriyyə Cəfərova Erməni Təcavüzünün Tanıdılması ictimai birliyinin sədri
Büllur Məmmədova "Mədəniyyətin və Milli Ənənələrin Təbliği" ictimai birliyinin sədri
Radə Abbas Müharibə Veteranı Qadınlarına Sosial Yardım ictimai birliyinin sədri
Xatirə Vəliyeva “Xankəndi” məcburi köçkünlərə dəstək ictimai birliyinin sədri
Nüşabə Məmmədova "Beynəlxalq Dialoq və İnkişaf Alyansı" ictimai birliyinin sədri
Aynur Quliyeva "Qadın Konsensus Mərkəzi" ictimai birliyinin sədri
Şəlalə Həsənova “İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” ictimai birliyinin sədri
Adilə Nəzərova Kitab evi ictimai birliyinin sədri
Şəhla Nağıyeva "Sönməz Məşəl" Mədəni Əlaqələr ictimai birliyinin sədri
Kəmalə Məmmədli "Gənclər Azad Sahibkarlıq Fəaliyyətində" ictimai birliyinin sədri
Lalə Mehdiyeva "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı" ictimai birliyinin sədri
Könül Ağayeva Rəqəmsal İnkişaf ictimai birliyinin sədri
Sevinc Kərimova “Əks-səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi ictimai birliyinin sədri
Ruhiyə Məmmədova Ailələrin inkişafı üzrə maarifləndirmə ictimai birliyinin sədri
Rahilə Mehtiyeva "Sosial-İqtisadi və Ekoloji İnkişaf" ictimai birliyinin sədri
Xanım Əhmədzadə "Hüquqşünas Qadınlar Assosiasiyası" ictimai birliyinin sədri
Sevil Allahverdiyeva "Qadın Probelmlərinin Tədqiqatları Mərkəzi" ictimai birliyinin sədri
Elnarə Məhərrəmova “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” ictimai birliyinin sədri
İlahə İsrafilova Mədəni Əlaqələrin İnkişafına Dəstək ictimai birliyinin sədri
Esmira Şükürova Mirzə İbrahimov adına Kitab Fondunun sədri
Şəkərxanım Əliyeva "Gender Bərabərliyi” ictimai birliyinin sədri
İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" ictimai birliyinin sədri
Laləndər Novruzova "Mədəniyyətlərin Təbliği və Xalq Yaradıcılığına Dəstək" ictimai birliyinin sədri
Afaq Hüseynova "Yaradıcı Qadınlar" ictimai birliyinin sədri
Qəmər Bağırova Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilinin kişafına yardım ictimai birliyinin sədri
Şərqiyyə Məmmədova "Maarifçi Qadınlar" ictimai birliyinin sədri
İndira Şəmsivari "Tərəqqi" sosial-iqtisadi araşdırmalar ictimai birliyinin sədri
Xoşbəxt Seidova Gənclərin “Tənhalara dayaq” ictimai birliyinin sədri
Nigar İbrahimova "Kiçikdünya" Uşaqların Maarifləndirilməsinə Kömək ictimai birliyinin sədri
Solmaz Əliyeva Gənc mühasiblər ictimai birliyinin sədri
Zenfira Ağayeva Gəncə Sahibkar Qadınlar ictimai birliyinin sədri
Bəsti Nəsibova “Gələcəyə Baxış” Avropaya İnteqrasiya ictimai birliyinin sədri
Mehriban Əliyeva Regional Qadın Təşəbbüsləri ictimai birliyinin sədri
Nailə İsmayılova “YeniHəyat” Humanitar və Sosial Dayaq ictimai birliyinin sədri
Samirə Mustafayeva “AzadHəmfikirlər” Gənclərin Maarifləndirilməsi ictimai birliyinin sədri
Lyudmila Xəlilova Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda ictimai birliyinin sədri
Ülkər Abdullayeva “Qadın Liderliyi Uğrunda” ictimai birliyinin sədri
Sevil Yüzbaşeva “EkoAləm”ictimai birliyinin sədri
Qəmzə Yusubova Ekoloji Maarifçilik və Monitorinq ictimai birliyinin sədri
Şəfəq Qədirli “Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” ictimai birliyinin sədri
Tahirə Nağıyeva “Loğman” Qaçqınlara Dayaq Mərkəzi ictimai birliyinin sədri
Lamiyə Kərimova Psixososial Reabilitasiya və İnkişaf ictimai birliyinin sədri
Gülnarə Hüseynova “Hemofiliyalı Xəstələr” ictimai birliyinin sədri
Səbinə Kərimova ƏlilliyiolanşəxslərinSosialMüdafiəsinəvəİnteqrasiyasınaDəstəkictimai birliyinin sədri
İlahə Əliyeva “Ziyalı Ocağı” ictimai birliyinin sədri
Anfisa Şeydayeva İctimayyətlə əlaqələrinin kişafı ictimai birliyinin sədri
Zenfira Mustafayeva “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” ictimai birliyinin sədri
Aynur Məmmədova "Əlilliyi olan uşaq və gənclərin idmana inteqrasiyası" ictimai birliyinin sədri
Validə Abbasova “Validə" valideynlər assosiasiyası ictimai birliyinin sədri
Dünyaxanım Əliyeva "Dünya" Ana və Uşaqlar ictimai birliyinin sədri
Himayət İsmayılova "Himayədar " humanitar tərəqqi ictimai birliyinin sədri
Abhəyat Abdullayeva "Qadınlar Gələcək Uğrunda" ictimai birliyinin sədri
Nigar Mənsimova "ÜmidYeri " xeyriyyə cəmiyyəti ictimai birliyinin sədri
Ruhiyyə Aslanova Azərbaycan Maarifçi Gənclər Təşkilatı ictimai birliyinin sədri
Gülayə Rzayeva “Qayğı və Himayə” Xeyriyyə Fondunun sədri
Könül Əfəndiyeva "Ədalət və İnkişaf Naminə" Uşaq və Gənclərə Dəstək ictimai birliyinin sədri
Firuzə Əsədullayeva Jurnalistlər Ekstremal Şəraitdə" ictimai birliyinin sədri
Nurlanə Mustafayeva Humanitar Araşdırmalar ictimai birliyinin sədri
Ruhiyyə Məmmədova "Ahıllara və tənhalara dəstək" ictimai birliyinin sədri
Gülnarə Səlimova "Gülsam" Əlillərin Reabilitasiyası ictimai birliyinin sədri
Azadə Məmmədova Bacarıqlı Əllər Dünyası ictimai birliyinin sədri
Məhluqə Rəhimova Əlil Qadınlar Cəmiyyəti ictimai birliyinin sədri
İradə Nəsirova "Mərhəmət" kimsəsizlərə yardım ictimai birliyinin sədri
Kəmalə Muradlı Müasir Azərbaycan Qadını ictimai birliyinin sədri
Tünzalə Cavadova Qadın və Gənc Ailələrin Sosial İnkişafı ictimai birliyinin sədri
Zülfiyyə Mustafayeva "Hüquqi İnkişafvə Demokratiya" Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım ictimai birliyinin sədri
Zülfiyyə Nuriyeva Tərtər rayonunun sosial, iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək" ictimai birliyinin sədri
Cəmilə Abdulova "Eşitmə və nitq məhdudiyyətli şəxslərə sosial yardım" ictimai birliyinin sədri
Mehriban Abdullayeva "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" ictimai birliyinin sədri
Kübra Babayeva Azərbaycan Maarifçi Xeyirxah Xanımlar ictimai birliyinin sədri
Xədicə Mikayılova Azərbaycan Əlillər Cəmiyyəti ictimai birliyinin sədri
Sevil Yusifova Jurnalist Qadınlar Assosiasiyası ictimai birliyinin sədri
Yeganə Sultanova Azərbaycan Diabet Liqası ictimai birliyinin sədri
Kəmalə Ağazadə Azərbaycan Uşaqları ictimai birliyinin sədri
Firuzə Babayeva "Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğrunda " ictimai birliyinin sədri
Nisə Qasımova "Mədəniyyət dalğası" yaradıcılığın təşviqi ictimai birliyinin sədri
Ziba Nəbiyeva "İnkişafa Doğru Qadın Təşəbbüsü" ictimai birliyinin sədri
Lamiyə İsayeva "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi" ictimai birliyinin sədri
Fatimə Hacıbəyli "Vəfa" sosial problemlərin həllinə dəstək ictimai birliyinin sədri
Məleykə Əlizadə Gəncə Regional Qadın Mərkəzi ictimai birliyinin sədri