Modern.az

Çində daha  36 nəfər koronavirusa yoluxdu

Çində daha  36 nəfər koronavirusa yoluxdu

Aktual

18 İyul 2020, 09:04

Çində ötən sutka ərzində 36 nəfərdə yeni növ koronavirus aşkarlanıb.

Modern.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə ÇXR-in dövlət səhiyyə komitəsi xəbər yayıb.

Bildirilir ki, qeydə alınan yoluxma hallarından 22-si aktiv, 14-ü isə simptomsuz formada keçir. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

 

 

Aktiv hallardan 16-sı Sinszyan-Uyqur avtonom rayonunda, 6 aktiv və 9 simptomsuz hal isə xaricdən gələn vətəndaşlarda qeydə alınıb.

Ötən ilin dekabr ayından Çində 4 634 nəfər koronavirusdan dünyalarını dəyişiblər, aktiv formaya yoluxanların sayı 83 664 olub.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...