Modern.az

Həkim: “Bəhram Bağırzadə ayağa qalxıb, ailə üzvləri ilə telefonda danışıb” 

Həkim: “Bəhram Bağırzadə ayağa qalxıb, ailə üzvləri ilə telefonda danışıb” 

Aktual

18 İyul 2020, 13:13

“Bəhram Bağırzadənin vəziyyəti orta-ağır kimi qiymətləndirilir, stabildir”. 

Modern.az-ın APA-ya istinadən məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının Müalicə işləri üzrə sədr müavini Bəxtiyar Musayev deyib.

O bildirib ki, xəstə bir neçə gündür spontan tənəffüsdədir.

 

“Bu gündən başlayaraq traxeostomanın müvəqqəti qapadılması və tənəffüsün fizioloji yolla, yəni burundan və ağızdan alınması yoxlanılacaq. Bir neçə dəfə yoxlamalar apardıqdan sonra traxeostomanı da çıxartmaq mümkün olacaq. Xəstədə müşahidə edilən neopatiya əlamətləri xeyli geriləyib. Onlara qarşı müvafiq fizioterapevtik müalicə aparılır. Xəstə aktivdir. Oturur, hətta ayağa qalxır. Bu gün səhər artıq ailə üzvləri ilə də telefonla danışıb”, - deyə həkim vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV