Modern.az

İlham Əliyev Polşa prezidentini təbrik edib

İlham Əliyev Polşa prezidentini təbrik edib

Aktual

18 İyul 2020, 15:59

Azərbaycan Prezidenti İlham Əliyev Polşanın Prezidenti seçilməsi münasibətilə Andjey Dudaya təbrik məktubu göndərib.

Modern.az xəbər verir ki, dövlətimizin başçısı məktubda bu gün Azərbaycan-Polşa əlaqələrinin müvəffəqiyyətlə inkişaf etdiyini bildirib. “İnanıram ki, bunda sonra da xalqlarımız və ölkələrimiz arasındakı ənənəvi dostluq münasibətlərinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın və strateji tərəfdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik”, - deyə Azərbaycan Prezidenti qeyd edib.

 

Prezident İlham Əliyev Prezident Andjey Dudaya möhkəm cansağlığı, xoşbəxtlik, dost Polşa xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV