Modern.az

Xarici ölkə başçısı Azərbaycana başsağlığı verdi

Xarici ölkə başçısı Azərbaycana başsağlığı verdi

Aktual

18 İyul 2020, 16:51

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviçdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu gəlib.

 

Modern.az-ın məlumatına görə, məktubda deyilir:

"Hörmətli Prezident Əliyev.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində artilleriya hücumu nəticəsində həlak olanların ailələrinə mənim dərin başsağlığımı çatdırmağınızı Sizdən xahiş edirəm.

Həll edilməmiş Dağlıq Qarabağ münaqişəsi ağır fəsadları ilə regional sülhə ciddi təhdid yaradır.

Ümidvaram ki, vəziyyət sabitləşəcək və Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun surətdə sülh yolu ilə davamlı həllinə nail olunacaq".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV