Modern.az

Vyanada etiraz aksiyası keçirilir

Vyanada etiraz aksiyası keçirilir

Aktual

18 İyul 2020, 17:07

Bu dəqiqələrdə Avstriyanın Vyana şəhərində Ermənistanın hərbi təxribatlarına etiraz əlaməti olaraq böyük aksiya keçirilir.

 

"Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin təşkilatşılığı ilə Vyana operasının önündə baş tutan etiraz aksiyasında  Azərbaycan və türk diasporunun təmsilçiləri, tanınış iş adamları, bu ölkədə təhsil alan tələbələrimiz iştirak edirlər. Əllərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarını, alman və ingilis dillərində yazılmış "Erməni təcavüzünə son!", "Qarabağ Azərbaycanındır!" şüarları tutan mitinq iştirakçıları Azərbaycanın dövlət himnini ifa ediblər.

 

"Azeri-DER"in rəhbəri Yardım Günəş çıxış edərək bildirib ki, Azərbaycanın əzəli torpaqlarını işğal edən Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri və Azərbaycanın haqq səsini dünya ictimaiyyətinin diqqətinə çatdırmağa çalışırlar.

Aksiya "Azeri-DER" Kültür və İş Adamları Dərnəyinin sosial media şəbəkəsi üzərindən canlı yayımlanır.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV