Modern.az

Deputat: "Ordumuz erməni quldurlarının burnunu əzməklə onlara yerini göstərdi"

Deputat:

Aktual

18 İyul 2020, 22:38

Artıq 26 ildir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında qəbul edilən atəşkəs rejimi tətbiq edilsə də qarşı tərəf buna əməl etmir və işğalçı rejim dəfələrlə atəşkəs rejimini pozmaqla təcavüzkar mövqeyini açıq-aşkar dünya ictimaiyyəti qarşısında sərgiləyir. Təəssüf ki, ATƏT-in Minsk qrupu Ermənistan tərəfinin təxribatlarına göz yumur. Son günlər cəbhədə baş verənlər bunu bir daha sübut etdi".

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib. M.Məmmədov erməni quduzlarının növbəti dəfə iyulun 12-də günorta saatlarından başlayaraq dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutduqlarını və bununla da bir daha aciz durma düşdüklərini bildirib:

 

"Ermənistan Tovuz rayonunu hücum obyekti seçməklə bir daha onu göstərir ki, Paşinyan riyakar və qorxaq olduğu üçün KTMT-nin çətiri altında gizlənməklə öz işğalçılıq “siyasətini həyata” keçirmək istəməsidir.

 

Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı bir sıra mühüm məsələlərə toxunaraq sərhəd bölgəsində Azərbaycan ordusunun qətiyyətli cavabından sonra işğalçı ölkənin düşdüyü vəziyyətlə bağlı bir çox mühüm məsələlərə toxundu. Dövlət başçımız Ermənistanın riyakarlığını, qorxaqlığını beynəlxalq hüquqa zidd olan davranışlarını, həmçinin işğalçı dövlətin baş nazir Paşinyanın faşizm, riyakar və qorxaq olduğunu bir daha ifşa etdi. Xüsusilə də, ötən günlər ərzində tam aydın oldu ki, Ermənistan Tovuz rayonu ilə sərhəddə məqsədyönlü şəkildə təxribat təşkil edib. Bu təxribatın da məqsədi Azərbaycanı guya Ermənistan ərazilərinə hücum edirmiş kimi göstərmək, beləliklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına şikayət etmək, nəticə etibarilə bu təşkilata aid olan dövlətlərin hərbi gücünü Azərbaycana qarşı çevirmək idi. Yəni söhbət ilk növbədə Rusiya Silahlı Qüvvələrindən gedir. Amma bu küçə “demokratın” planlaşdırdığı provokasiya bütün istiqamətlər üzrə tam iflasa uğradı".

 

Deputatın sözlərinə görə, Erməni tərəfinin bugünkü təxribatı və məğlubiyyəti bir daha Azərbaycan Ordusunun gücünü, Azərbaycan əsgərinin əzm və rəşadətini nümayiş etdirdi: "Bu həmişə belə olub, bundan sonra da erməni quduzlarının burnunu əzməklə onlara yerini göstərəcək. Ermənistan tərəfinin verdiyi sərsəm və heç bir reallığı əks etdirməyən məlumatlar da beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışmaqdan başqa bir şey deyildir. Ancaq anlamır ki, istər Aprel döyüşlərində, istər Naxçıvan əməliyyatında və bugünkü Tovuz istiqamətində gedən döyüşlərdə olduğu kimi torpaqlarımızın azad edilməsi uğrunda gedəcək son döyüşdə də qələbə Azərbaycanın olacaq, yenə də məğlubiyyət onların”. Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV