Modern.az

Zaqatalada kişini avtomobil vuraraq öldürdü

Zaqatalada kişini avtomobil vuraraq öldürdü

Aktual

19 İyul 2020, 00:21

Zaqatalanın Çobankol kəndində axşam saat 21:30-da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. 

 

Modern.az-ın məlumatına görə, rayonun Çobankol kənd sakini,  1976-cı il təvəllüdlü Şaban Murtuzəli oğlu Atayev “VAZ 21015” markalı minik avtomobili tərəfindən vurulub. 

 

Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Ş.Atayev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

 

Xəstəxanaya daxil olduqdan bir qədər sonra həkimlərin səyinə baxmayaraq, Ş.Atayev aldığı xəsarətlərdən ölüb. 

 

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV