Modern.az

"Qarabağ" komandasının yeni kapitanı məlum oldu

Aktual

19 İyul 2020, 09:40

2019-2020-ci il mövsümündə Azərbaycan Premyer Liqasının qalibi olan "Qarabağ" komandasının yeni kapitanı müəyyənləşib.

 

Modern.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Maksim Medvedyev Ağdam təmsilçisinin kapitanı olub.

 

Rəşad Sadıqovun gedişindən sonra kapitanlıq sarğısı birdəfəlik 31 yaşlı müdafiəçiyə həvalə edilib.

 

Qeyd edək ki, Maksim Medvedyev 2006-cı ildən "Qarabağ"da çıxış edir.

 

O, Ağdam təmsilçisi ilə 7 dəfə ölkə çempionatının qalibi olub. Təcrübəli müdafiəçi 3 dəfə ölkə kubokunu qazanıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?