Modern.az

"Qarabağ" Kevin Medinanın transferini açıqladı

Aktual

19 İyul 2020, 12:51

"Qarabağ" ilk transferini açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə Kevin Medinanın keçidini bəyan edib.

 

Dünən Azərbaycana gələn kolumbiyalı mərkəz müdafiəçisi artıq Azərbaycan çempionu ilə münasibətləri rəsmiləşdirib. Portuqaliyanın "Çaves" klubundan alınan 27 yaşlı oyunçunun müqavilə detalları hələlik açıqlanmayıb. Ancaq onun 3 illik sazişə qol çəkdiyi bildirilir.

 

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində hələlik Medina ilə yanaşı, Emil Balayevi transfer edib, Nicat Süleymanov, Ruslan Hacıyev və Elvin Cəfərquliyev isə icarədən qayıdıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV