Modern.az

"Səbail" ilk transferini açıqladı

Aktual

19 İyul 2020, 13:43

"Səbail" mövsümlərarası fasilədə ilk transferini ictimaiyyətə açıqlayıb.

 

Modern.az-ın məlumatına görə, Bakı klubu Məqsəd İsayevlə anlaşdığını bəyan edib.

 

Ötən mövsümün sonunda "Sabah"dan ayrılan 26 yaşlı cinah müdafiəçisi bundan sonra "Səbail"in formasını geyinəcək.

 

 

 

Qeyd edək ki, baş məşqçi Aftandil Hacıyevi postunda saxlayan "Səbail" Fəhmin Muradbəyli, Ruslan Hacıyev, Eltun Yaqublu, Maykl Essyen, Şəhriyar Rəhimov və Eriko da Silva ilə yollarını ayırıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?