Modern.az

Hərbçilərimizin xanımlarından Azərbaycan Ordusuna dəstək aksiyası 

Hərbçilərimizin xanımlarından Azərbaycan Ordusuna dəstək aksiyası 

Aktual

19 İyul 2020, 13:58

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatlarının qarşısını sərt şəkildə alan Azərbaycan Ordusunun düşmənə sarsıdıcı zərbələr vuraraq geri oturtması xalqımızın və ordumuzun qələbə əzmini, vətənpərvərliyini, ruh yüksəkliyini, xalq-ordu birliyini növbəti dəfə nümayiş etdirdi.

 

Modern.az xəbər verir ki, respublikamızın müxtəlif bölgələrində, eləcə də xaricdəki azərbaycanlıların yaşadıqları ölkələrdə təşkil olunan orduya dəstək aksiya və tədbirlərində Azərbaycan Ordusunun əsgər və zabitlərinin şücaəti, qələbə əzmi, doğma torpaq uğrunda canından keçməyə hazır olmaları xüsusi vurğulanır, geniş tərənnüm olunur.

 

Ordumuza dəstək nümayiş etdirən növbəti belə tədbir - hərbçilərimizin xanımları tərəfindən təşkil olunan bayraq aksiyası xüsusi əhəmiyyət kəsb edir. Bakının Xətai rayonunda hərbçilər üçün inşa edilmiş yaşayış binasında hərbçilərimizin xanımları Azərbaycan bayraqlarını mənzillərinin eyvanlarından asaraq Azərbaycanın qəhrəman əsgər və zabitlərinə dəstək nümayiş etdiriblər.

 

Atalar deyib ki, hər uğurlu kişinin arxasında güclü bir qadın dayanır. Hərbçilərimizin xanımlarının bu bayraq aksiyası da ordumuzun şəxsi heyətinə mənəvi dəstək baxımından xüsusi məna daşıyır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV