İsrailinin Yerusəlim və Təl-Əviv şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları keçirilir.
Modern.az xəbər verir ki, etirazçılar ölkənin baş naziri Benyamin Netanyahunun istefasını tələb edirlər. Nümayişçilər yolları bağlayır, şüarlar səsləndirirlər. Etirazçılarla polis arasındakı qarşıdurma nəticəsində Təl-Əvivdə 9 nəfər həbs olunub. Yerusəlimdə isə aksiya iştirakçıları məhkəmə binası qarşısına toplaşıblar. Bu gün Netanyahuya qarşı ikinci texniki məhkəmə iclası başlayıb. Baş nazir rüşvətxorluqda, saxtakarlıqda və ictimaiyyətin etimadından sui-istifadədə təqsirli bilinir. Netanyahu özü məhkəmə iclasına gəlməyib, onu vəkilləri təmsil edir. Etirazçılar, həmçinin ölkədə işsizliyin və COVİD-19 xəstələrinin sayının artmasına narazılıqlarını bildirirlər.