Fransanın Nant şəhərində Müqəddəs Pyotr və Pavl kilsəsindəki yanğınla bağlı aparılan istintaq nəticəsində 39 yaşlı şübhəli şəxs saxlanılıb.
Modern.az xəbər verir ki, məlumatlara görə saxlanılan şəxs kilsədə könüllü işləyən miqrantdır və yanğından bir gün əvvəl məhz o, kilsənin bağlanmasına cavabdeh olub. Polis onu iş cədvəlindəki uyğunsuzluğa görə şübhəli bilib və hazırda məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, Fransanın qotik üslubda tikilmiş ən böyük kilsəsindəki yanğın zamanı vitrajlar və qədimi orqan yanıb, həmçinin Nant şəhərinin tarixini əks etdirən bir neçə eksponat tamamilə məhv olub.
Şəhər prokrorluğunda binanın qəsdən yandırılması üzrə cinayət işi açılıb. Yanğın söndürlüsə də yanğınsöndürmə briqadası gecə də hadisə yerində qalacaq.