Modern.az

Türkiyədə Azərbaycana dəstək məqsədli mitinq keçirilir 

Türkiyədə Azərbaycana dəstək məqsədli mitinq keçirilir 

Aktual

19 İyul 2020, 17:07

Bu gün İstanbulun Beyaziıt meydanında "Can Azərbaycana canımız fəda" şüarı ilə  Azərbaycana dəstək məqsədli mitinq keçirilir.

 

Modern.az xəbər verir ki, İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyindən APA-nın yerli bürosuna verilən məlumata görə, tədbir Bütöv Azərbaycan Ocaqları, Turan Ocaqları və İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi təşkilatçılığı ilə keçirilib. Türkiyədə yaşayan, təhsil alan həmvətənlərimiz və qardaş ölkənin nümayəndələri də aksiyada iştirak ediblər.

 

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb. İştirakçılar "Qarabağ Azərbaycanındır", "Ar olsun Ermənistana", "Qarabağa ədalət" şüarları səsləndirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...