Modern.az

Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi

Bəhram Bağırzadə Mehriban Əliyevaya təşəkkür etdi

Aktual

19 İyul 2020, 23:38

Bir müddətdir koronavirusdan müalicə olunan Əməkdar artist Bəhram Bağırzadə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə B.Bağırzadə İnstaqram səhifəsində yazıb:

 

“Allahdan sonra biz ilk növbədə qadın qarşısında borcluyuq: əvvəlcə o, bizə həyat bəxş edir, sonra isə bu həyata məna verir”. Bu ifadənin kimə məxsus olduğunu xatırlamıram, amma bu gün mən onu Allah-Təala tərəfindən bir çox üstünlüklərə - gözəlliyə, parlaq zəkaya, gözəl qəlbə, müdrikliyə və sonsuz mərhəmətə sahib olan qadına çox böyük, səmimi minnətdarlıq sözləri ilə davam etdirərdim…

 

Uca Allahın mərhəməti ilə məni həmişə gözəl qadınlar əhatə edib. Amansız 20-ci il mənə Mehriban xanım Əliyevanın əvəzsiz mərhəmət hədiyyəsini təqdim etdi. Bütün bu günlər mən ölüm astanasında olarkən ölkəmizin birinci vitse-prezidentin deyil, Azərbaycanın birinci xanımının deyil, mənə kömək və xilas əlini uzatmış çox böyük xeyirxah ürəyi olan bir bacının səmimi qayğısını hiss edirdim. Mehriban xanım, mənim üçün etdiyiniz hər şeyə görə Sizə təşəkkür edirəm. Mənə yaşamaq və nəfəs almaq imkanını yaratdığınız, yaxınlarıma qaytardığınız üçün Sizə təşəkkür edirəm. Allah bütün xeyirxah əməllərinizin əvəzini versin! Bəhram Bağırzadə”.

 

Xatırladaq ki, Bəhram Bağırzadənin müalicəsi Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV