Modern.az

Tərtərdə baş vermiş avtoqəzada 6 nəfər xəsarət aldı

Tərtərdə baş vermiş avtoqəzada 6 nəfər xəsarət aldı

Aktual

20 İyul 2020, 00:30

Tərtərdə 6 nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib.

 

Modern.az-ın məlumatına görə, hadisə Borsunlu-Hindarx yolunun Tərtərin Qarağacı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

"Hyundai" markalı avtomobil hərəkətdə olarkən qarşısına at çıxıb. İdarəetmədən çıxan avtomobil qarşıdan gələn "VAZ 2115" markalı digər minik maşını ilə toqquşub. Nəticədə 4 nəfər Tərtər, 2 nəfər Mingəçevir sakini müxtəlif bədən xəsarəti ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hazırda xəsarət alanların kimliyi araşdırılır. (APA)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!