Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan bazar günü İstanbuldakı Aya-Sofya məscidini ziyarət edib.
Modern.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bu tarixi və mədəniyyət abidəsinin rəsmi adı artıq "Böyük məscid Aya-Sofya"dır.
Prezident Ərdoğan bu ilin iyulunda Aya-Sofyanın statusunun dəyişməsi ilə bağlı sərəncam verib.
Məsciddə ilk kütləvi namaz mərasiminin iyulun 24-də keçiriləcəyi bildirilib.