Modern.az

Oğlunun təzə evinə görə 40 nəfərlik məclis qurdu, saxlanıldı - FOTO

Oğlunun təzə evinə görə 40 nəfərlik məclis qurdu, saxlanıldı - FOTO

Aktual

20 İyul 2020, 10:01

Astara Rayon Polis Şöbəsinə rayonun Marzəsəy kənd sakini olan Ş.Əliyevin karantin qaydalarını pozaraq məclis təşkil etməsi barədə məlumat daxil olub.

 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gəlib və məlum olub ki, kənd sakini Ş.Əliyev oğlu üçün tikdirdiyi yeni evə görə 40 nəfərlik məclis təşkil edib.

 

Polis əməkdaşları tərəfindən məclisin keçirilməsinin, insanların ora toplaşmasının qarşısı alınıb. Karantin rejiminin qaydaları və tələbləri bir daha onların diqqətinə çatdırılıb. Karantin qaydalarını pozan Ş.Əliyevin barəsində toplanmış materiallar Astara Rayon Məhkəməsinə göndərilib

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV