Modern.az

Roza Zərgərli koronavirusa YOLUXDU

Roza Zərgərli koronavirusa YOLUXDU

Aktual

20 İyul 2020, 11:20

Müğənni Roza Zərgərli koronavirusa yoluxub.

 

Modern.az xəbər verir ki, sənətçi bir aydan çoxdur evində müalicə alır.

 

O bildirib ki, hazırda səhhəti yaxşıdır:

 

“Virusa yoluxduğumdan xəbərsiz idim. Bir gün əlamətlərini hiss etdim. Gedib test verdim, neqativ çıxdı. Evə gəldim, inanmadım. Yenidən getdim, bu dəfə ciyərlərimdə “tutqun şüşə” göründü. Evə qayıdıb, özümü müalicə etdim.

 

Həkim dedi ki, məndə virus çoxdan var imiş, sağalandan sonra əlamətlərini hiss etmişəm. Həkim tərəfindən yazılan dərmanlarla yanaşı, internetdə oxuduğum türkəçarələri etdim. Çoxlu sarımsaq, C vitaminli qidalar yedim. Maraqlısı odur ki, bütün ailə üzvləri bir evdə qalırıq. Heç kimdə virus çıxmadı, bircə məndə oldu.

 

İndi yaxşıyam, dadbilməm də yerinə gəlib”.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV