Modern.az

Sumqayıtda 17 yaşlı oğlan adam öldürdü

Sumqayıtda 17 yaşlı oğlan adam öldürdü

Aktual

20 İyul 2020, 13:00

Dünən Sumqayıt şəhəri ərazisində 1995-ci il təvəllüdlü Ramid Sevindikzadə qətlə yetirilib.

 

Sumqayıt şəhər prokurorluğundan Modern.az-a verilən məlumata görə, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

 

İstintaqla 2003-cü il təvəllüdlü F. Ə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Ramid Sevindikzadəyə bıçaq zərbələri vurub onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

O, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV