Modern.az

Qırğızıstan mediası Ermənistanın hərbi təxribatını pisləyib

Qırğızıstan mediası Ermənistanın hərbi təxribatını pisləyib

Aktual

20 İyul 2020, 13:46

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi ölkədə akkreditə olunmuş bütün xarici ölkələrin səfirliklərinə, beynəlxalq təşkilatların nümayəndəliklərinə və Qırğızstanın KİV-lərinə Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı press-reliz təqdim edib. Eyni zamanda, ölkəmizin Tovuz rayonunun Dondar Quşçu və Ağdam kəndlərində son günlər erməni silahlı qüvvələrinin mülki yaşayış yerlərini atəşə tutması ilə bağlı foto və video məlumatlar ölkənin aparıcı KİV-lərinə göndərilib.

.


Modern.az-ın məlumatına görə, press-relizdə deyilir: “Bu ilin 12 iyul tarixindən Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqeləri ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçmək cəhdi ediblər.


Düşmən qüvvələrin hücumunun qarşısı  cavab tədbirləri ilə alınıb. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olub, yaralananlar  var. 


Ermənistan silahlı qüvvələrinin bu təxribatçı əməli təcavüzkar Ermənistan rəhbərliyinin son zamanlar bölgədə gərginliyin artmasına xidmət edən fəaliyyət və bəyanatlarının davamı kimi nəzərdən keçirilməlidir.


Təcavüzkar siyasətini ölkənin təhlükəsizlik strategiyasında əks etdirən Ermənistan münaqişənin nəticələrini aradan qaldırmaq, işğalçı qüvvələrini Azərbaycanın beynəlxalq tanınmış ərazilərindən çıxarmaq əvəzinə, yeni mövqelər ələ keçirmək, gərginliyi artırmaq məqsədinə xidmət eydiyini açıq şəkildə nümayiş etdirir.


Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini ciddi şübhə altına alır.


Ermənistan bu kimi təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Lakin beynəlxalq ictimaiyyətin Ermənistanın təcavüzkar siyasəti ilə bağlı tutduğu mövqe hamıya bəllidir.


Düşmən qüvvələrinin bütün təxribatlarının qarşısı bundan sonra da layiqincə alınacaq.


Vəziyyətin gərginləşməsinə xidmət edən bu kimi təhrikedici əməllərə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.


Qırğızstanın televiziya kanalı “Asiya TV”, ən çox oxunan “Veçerniy Bişkek” qəzeti, ən populyar “24.kg”, “Manas.news” xəbər portalları, Avropa İttifaqında qeydiyyatdan keçmiş “Theworldnews.net” beynəlxalq xəbər agentliyi Ermənistan silahlı qüvvələrinin son təxribatını pisləyib. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan üzərinə düşdüyü qeyd olunub. Eyni zamanda ölkənin “Komsomolskaya pravda” qəzetinin internet səhifəsində, “Akipress” və "Centralasia.media” xəbər agentlikləri, “kant.kg”, “for.kg”, “sayasat.kg” xəbər portallarında Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz istiqamətində törədilən təxribatla bağlı Səfirliyin pres-relizi və həqiqəti əks etdirən digər materiallar əks olunmuşdur.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV