Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı verdiyi tapşırıq və tövsiyyələri rəhbər tutaraq Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov iyul ayının 20-də Şəhər İcra Hakimiyyətində müracət edən vətəndaşlarla növbəti onlayn qəbul keçirib.
Modern.az xəbər verir ki, şəhər rəhbəri onlayn qəbulda səslənən müraciətləri dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verib, bəzi qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb. Vətəndaşları narahat edən bir sıra məsələlər elə qəbul zamanı həll olunub.
Ümumilikdə 25-dən çox vətəndaşın müraciəti dinlənilib.
Qəbula gələnlər onların şikayət və təkliflərinin dinlənilməsindən məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalanda həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlıqlarını bildiriblər.