Modern.az

Araz Abdullayev də “Qarabağ”dan getdi

Araz Abdullayev də “Qarabağ”dan getdi

Aktual

20 İyul 2020, 14:26

Azərbaycan Premyer Liqasında 2019/2020  mövsümünün qalibi olan "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb. 

 

Modern.az klubun saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan Araz Abdullayevlə yeni sözləşmə imzalanmayıb. 

 

Qeyd edək ki, Araz Abdullayev müqavilə ilə Yunanıstanın “Panionis” klubuna məxsus olub. "Qarabağ" 2018-ci ildə 28 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Abdullayevin Yunanıstan təmsilçisi ilə də sözləşməsi bitib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV