Modern.az

Dövlət Vergi Xidməti bu bəyannamələrdə düzəlişlər aparır

Dövlət Vergi Xidməti bu bəyannamələrdə düzəlişlər aparır

Aktual

20 İyul 2020, 15:30

Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hazırda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron vergi idarəsində hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərin “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi”ndə müvafiq düzəlişlər aparılır.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

 

Dövlət Vergi Xidməti bu prosesi qısa bir zaman çərçivəsində həll edəcəyini bildirir və vergi ödəyicilərinin nəzərinə çatdırır ki, hesabatları son tarixə təqdim edə bilməyən vergi ödəyicilərinə qarşı maliyyə sanksiyaları tətbiq edilməyəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV