Modern.az

“Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar” - BMT

“Ermənistanla Azərbaycan arasında tammiqyaslı münaqişə fəlakət olar” - BMT

Aktual

20 İyul 2020, 21:29

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı təmkinli olmağa çağırıb. O bildirib ki, dövlətlər arasında tammiqyaslı münaqişə fəlakət olar.

 

Modern.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə məlumat verib.

 

“Baş katib Azərbaycanla Ermənistan arasında davam edən gərginliyi dərin narahatlıqla izləyir. O, maksimum təmkinliyə çağırır - bu iki ölkə arasında tammiqyaslı münaqişə fəlakət olar”, - Düjarik deyib.

 

Xatırladaq ki, daha əvvəl də BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı qarşıdurmaları dayandırmağa və münaqişənin həllinə başlamağa çağırmışdı.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?