Modern.az

"WhatsApp"ın işində qüsurlar yaranıb

Aktual

21 İyul 2020, 08:38

"WhatsApp" servisinin istifadəçiləri xidmətin işində qüsurlarla üzləşiblər.

 

Modern.az-ın məlumatına görə, bu barədə populyar internet resurslarda problemləri izləyən "Downdetector" portalı xəbər verir.

Məlumata əsasən, "WhatsApp"ın işində texniki qüsurlar əsasən Malayziya, Çin, Braziliya, Meksika, Argentina və Avstraliyada müşahidə edilib.

 

İstifadəçilərin təxminən 92 faizi serverə qoşulmaqda, 7 faizi isə "WhatsApp"ın veb-versiyasında problemlərlə üzləşiblər.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri