Modern.az

Çində daha 11 nəfər koronavirusa YOLUXDU

Çində daha 11 nəfər koronavirusa YOLUXDU

Aktual

21 İyul 2020, 08:46

Çində ötən sutka ərzində 11 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 3-ü xaricdən gələn vətəndaşlarda, 8-i isə ölkə daxilində qeydə alınıb. 

 

Bildirilir ki, ötən sutka ərzində 6 nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

 

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 693 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV