Modern.az

Leyla Abdullayeva: Beynəlxalq təşiklatlar Azərbaycanı birmənalı dəstəklədilələr

Leyla Abdullayeva: Beynəlxalq təşiklatlar Azərbaycanı birmənalı dəstəklədilələr

Aktual

21 İyul 2020, 11:35

12 iyul hadisəsi Ermənistan tərəfindən törədilən hərbi təxribat, terror aktı, gücdən istifadə etmək cəhdidir.

Modern.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva 21 iyulda keçirilən mətbuat konfransında deyib.

L.Abdullayeva bildirib ki, Ermənistan tərəfindən başladılan bu hərbi təxribatla bağlı beynəlxalq ictimaiyyət də narahatlıq keçirdi. O bildirib ki, Türk Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, GUAM və digər beynəlxalq təşkilatlar Ermənistanın bu təxribatını qəti şəkildə pisləyən bəyanatlarla çıxış etdilər, onlar Ermənistanın Azərbaycanın mülki əhalisini atəşə tutmasını qəti şəkildə pislədilər.

L.Abdullayeva vurğulayıb ki, beynəlxalq təşiklatlar Azərbaycanı birmənalı dəstəklədilər:

“Ermənistanın yeni təxribat, gücdən istifadə etmək və yeni ərazilər əldə etmək cəhdi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənilib”.

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV