Ukraynanın Odessa vilayətinin Jeleznodorojnoe kəndində Vladimir Leninin heykəlindən bolqarıstanlı mühacirin monumenti hazırlanıb.
Modern.az xəbər verir ki, bu haqda “Dekommunizasiya. Ukrayna” layihəsinin fəalı Vadim Pozdnyakov “Facebook” səhifəsində məlumat verib. Onun sosial şəbəkədə yerləşdirdiyi fotoda Lenin əlində üzüm tənəyi və milli bolqar geyimində əks olunub.
Pozdnyakovun sözlərinə görə, hazırda Ukraynada Leninin cəmi iki – Kalçeva və Qorodneye kəndlərində abidəsi qalıb.
2015-ci ildən başlayaraq Ukraynada “Kommunist və nassist rejimlərinin təhlili haqqında” qanun çərçivəsində “dekommunizasiya” siyasəti həyata keçirilir. Qanunda SSRİ-ni xatırladan bütün topoqrafik obyektlərin adlarının dəyişdirilməsi, həmçinin abidələrin sökülməsi nəzərdə tutulub.
2019-cu ildə Zaporojyedə Leninin digər heykəlindən keçmiş prezident Pyotr Poroşenkonun monumenti hazırlanıb. Bu yaxınlarda isə Odessa vilayətində yerli hökumət Karl Marksın büstünü bolqar şairi və milli qəhrəmanı Xristo Botevə çeviriblər.