Modern.az

Qusarda toy etmək istəyənlər saxlanıldı

Qusarda toy etmək istəyənlər saxlanıldı

Aktual

21 İyul 2020, 15:42

Qusar Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Köhnə Xudat kəndi ərazisində yerləşən Aslan Hacıağayeva məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində toy mərasiminin keçirliməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, dərhal RPŞ-nin əməkdaşları adıçəkilən ünvana gələrək toy mərasimini dayandırıblar, məclisin təşkilatçısı və digər qonaqlar saxlanılaraq polis bölməsinə gətiriliblər.

Şöbədə onlarla profilaktik söhbətlər aparılaraq karantin rejiminin qaydaları izah olunub və saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə ediliblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV