İyulun 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistanın bu ölkədəki səfirləri Polad Bülbüloğlu və Vardan Toqanyanla Azərbaycan-Ermənisan sərhədində baş verən son hadisləri müzakirə edib.
Politoloq Elxan Şahinoğlu bu görüşə münasibət bildirib.
Modern.az-ın məlumatına E.Şahinoğlu deyib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan səfirləri ilə birgə müzakirə aparmasının əsl məqsədi yaxın gələcəkdə iki ölkənin xarici işlər nazirlərini Moskvada görüşdürməkdir.
“Lavrov səfirlər vasitəsilə nəbz yoxlaması həyata keçirir. Aydındır ki, Ermənistan belə bir görüşə ikiəlli razıdır. İndiki mərhələdə nazirlərin görüşü bizim maraqlara cavab vermir. Çünki, Lavrovun məqsədi 2016-cı ildə olduğu kimi ortamı yumşaltmaq, atəşkəsin (oxu: işğalın) ömrünü uzatmaqdır. Bu isə bizə lazım deyil”.