Modern.az

Daha 440 nəfər Rusiyadan ölkəmizə gətirildi

Daha 440 nəfər Rusiyadan ölkəmizə gətirildi

Aktual

21 İyul 2020, 21:28

Bu gün Rusiyadan daha 440 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov məlumat verib.

 

"Bu gün 250 soydaşımız Azərbaycan-Rusiya sərhədini keçərək vətənə dönüb. Daha 190 nəfər isə Jukovskiy hava limanından Azərbaycana yola salınıb", - E.Hüseynov bildirib.

 

Xatırladaq ki, sonuncu dəfə iyulun 19-u Moskvanın Domodedovo hava limanından 192 soydaşımız yola salınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum olacaq! - Bu ölkələrdə əhaliyə xəbərdarlıq edildi - Xəbəriniz Var? - Media Turk TV