Modern.az

Gürcüstana getmək istəyənlərin NƏZƏRİNƏ

Gürcüstana getmək istəyənlərin NƏZƏRİNƏ

Aktual

21 İyul 2020, 22:35

Ötən gün Gürcüstanın Azərbaycandakı konsulluğunun vətəndaşlarına verdiyi məlumat əsasında, bu gün öz vətənlərinə etmək istəyən Gürcüstan vətəndaşları "Sınıq Körpü" keçid məntəqəsinə üz tutublar. Lakin onlar "Sınıq Körpü" keçid məntəqəsindən buraxılmayıblar.

 

Modern.az xəbər verir ki, konsulluq mövcud vəziyyətlə bağlı növbəti açıqlama verib:

 

"Konsulluqdan rəsmi cavab almadan heç kim sərhəddə üz tutmasın əks halda onlar sərhəddən buraxılmayacaqlar. Belə olan halda vətəndaşlara müraciət edirik ki, hələki Gürcüstana gəlməklə bağlı səfərlərini təxirə salsınlar hər hansı yeni bir qərar verildikdə mütləq sizə çatdıracağıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!