Modern.az

Alman jurnalistləri Minskdə saxlanıldı

Alman jurnalistləri Minskdə saxlanıldı

Aktual

30 Avqust 2020, 00:55

Almaniyanın ARD telekanalının əməkdaşları Minskdə saxlanılıblar.

Modern.az xəbər verir ki, bu barədə ARD telekanalı məlumat verib.

Məlumata görə, onlar akkreditasiyadan keçən Rusiya və Belarus vətəndaşlarıdır. 2 rus jurnalist artıq deport olunub, Belarus reportyoru isə mühakimə olunmasını gözləyir.

Almaniyanın Xarici İşlər naziri Hayko Maas öz növbəsində Belarusda jurnalistlərin tutulmasını tənqid edib:

“Jurnalistlərin heç bir qanuni əsas olmadan özbaşına həbs olunması və mühüm iş görmək imkanından məhrum edilməsi tamamilə yolverilməzdir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri