Türkiyə 30 avqust 1922-ci ildə qazandığı Zəfərin 98-ci ildönümünü qeyd edir...
Yılmaz Özdilin “Mustafa Kamal” kitabından maraqlı bir hissəni paylaşıram…
“Yunanıstan baş komandanı Trikupis əsir götürüldü. 300 zabiti, 5000 əsgəri ilə təslim oldu.
Uşaka gətirildilər.
Haldan düşmüşdü.
Mustafa Kamal gəldi...
"Vicdanınız əl verməsə də, vəzifənizi yerinə yetirdiyinizi düşünürsünüz, rahat olun, tarixdə ən böyük komandanların belə əsir olmalarına dair örnəklər var.
Məsələn, Napoleon"-dedi.
Yunan generalları heç gözləmədikləri bu ağayanalıq və kübarlığın, genişürəkliliyin qabağında əməlli-başlı əzilmişdilər. Trikupis ağlamaq dərəcəsinə gəldi. "Hətta yavərlərim də məni qoyub qaçdılar, intihar etməli idim" -deyə donquldandı.
Mustafa Kamal mülayim səslə cavab verdi:
"Qonağımızsınız, hər baxımdan xatircəm ola bilərsiniz, nə arzu istəyiniz olsa, çəkinmədən bizə bildirin"-dedi.
Atatürk vəfat edəndə Trikupis hələ yaşayırdı.
Yunan mətbuatına açıqlama verdi...
"Əsrimizin ən böyük insanının qabağında hörmətlə baş əyirəm. Qurduğu Türkiyəni dünyanın əsas sülh mərkəzlərindən birinə çevirdi. Yeri daim boş qalacaq, gözlər həmişə onu axtaracaq"-dedi.
1956-cı ildə vəfat edənə qədər hər il noyabrın 10-da Səlanikdəki "Çəhrayı ev"ə getdi, Atatürkün şəklinin qabağında durub hörmətlə təzim etdi.”
Ermənilər isə bizdən əsir düşənlərin dərisini soymaqdan tutmuş, onlara amansız işgəncələr veririblər…Türklər isə əsirlərə qonağımızsınız deyiblər. Erməni vəhşiliyi bir an da olsun yaddan çıxmamalıdır. 30 avqust zəfəri bizə də qismət olsun…
Etibar Əliyev,
Millət vəkili