Modern.az

Prezident əlində avtomat iqamətgahının qarşısına çıxıb - FOTO

Prezident əlində avtomat iqamətgahının qarşısına çıxıb - FOTO

Aktual

30 Avqust 2020, 20:02

Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont Aleksandr Lukaşenkonun iqamətgahının qarşında çəkilən əli avtomatlı fotosunu yayıb.

Modern.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, agentliyin əməkdaşı mətbuat katibinə Lukaşenkonun hazırda harada olması və Minskdə baş verən aksiyalara münasibətini öyrənmək istəyib.

 

Bu zaman Natalya Eysmont ona cavab olaraq Lukaşenkonun əlində avtomat olan fotosunu göndərib.

Qeyd edək ki, bu gün müxalifət Minskdə icazəsiz etiraz aksiyası keçirir. Əvvəlcə aksiya iştirakçıları Minskdə İstiqlaliyyət prospektinə yığışıblar. Sonra isə onlar Lukaşenkonun rezidensiyasına tərəf gediblər.  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV