İngiltərənin “Mançester Siti” futbol klubu İspaniya “Barselona”sının hücumçusu Lionel Messiyə 500 milyon avro təklif etməyə hazırdır.
Modern.az xəbər verir ki, məlumatda 33 yaşlı argentinalı ilə müqavilənin beş il müddətinə bağlanacağı bildirilir.
Məlumata görə, futbolçulun illik maaşı 50 milyon avro təşkil edəcək.
Qeyd edilir ki, Messi üç ili İngiltərə Premyer Liqasında keçirəcək, daha sonra 2023/24 mövsümündə “Nyu-York Siti” klubuna qoşulacaq. O, Əsas Futbol Liqasına (MLS) keçid üçün 250 milyon avro bonus alacaq.
Qeyd edək ki, daha əvvəl Lionel Messi “Barselona”dan ayrılmaq qərarına gəldiyini açıqlamışdı.