Modern.az

Bakıdakı bu universitetdə hər gün 500 tələbə kəsir imtahanı verir

Bakıdakı bu universitetdə hər gün 500 tələbə kəsir imtahanı verir

Aktual

4 Sentyabr 2020, 13:36

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin onlayn kəsir imtahanları davam edir.

Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, avqustun 31-dən start götürən imtahanların sentyabrın 7-dək yekunlaşadırılacağı planlaşdırılır. Əsas sessiya bitdikdən sonra qiyabiçilərin və 25 faizlə yenidən imtahan vermək şansı olanların imtahanına start veriləcək, sessiya sentyabrın 15-nə qədər davam edəcək.

AzMİU-nun Test imtahan bölməsinin rəhbəri Nigar Abbasova bildirib ki, hazırda kəsir imtahahanları verən tələbələr iki qrupa bölünüb.

“3197 nəfər texniki səbəblərdən yaz imtahan sessiyasında problem yaşayanlar, 1853 nəfər isə altdan dərs alan tələbələrdir. 2364 tələbə yazılı, 2676 nəfər isə test üsulu ilə toplam 271 fəndən onlayn imtahan verir. Onu da qeyd edək ki, gündəlik olaraq təxminən 500 tələbə kəsir imtahanına daxil olur”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV