Modern.az

Əməliyyat olunan Lalə Şövkətdən XƏBƏR VAR

Əməliyyat olunan Lalə Şövkətdən XƏBƏR VAR

Aktual

4 Sentyabr 2020, 17:22

Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət xəstəxanadan evə buraxılıb. 

 

Modern.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

 

S. Şövkətin sözlərinə görə, hazırda Lalə Şövkət evdədir və vəziyyəti yaxşılaşmağa doğru gedir: “Bir gün əvvəl Lalə xanımı xəstəxanadan evə buraxıblar. Vəziyyəti protokola uyğundur. Həkimlər onun səhhətini nəzarət altında saxlayırlar”.

 

Qeyd edək ki, yoğun bağırsağında olan şişdən əziyyət çəkən Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkət avqustun 22-də cərrahiyyə əməliyyatı olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV