Modern.az

İctimai yerlərdə 5 nəfərdən artıq toplaşmağa icazə verildi

İctimai yerlərdə 5 nəfərdən artıq toplaşmağa icazə verildi

Aktual

4 Sentyabr 2020, 19:33

İctimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilib.

Modern.az xəbər verir ki,  Nazirlər Kabinetinin “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarındakı dəyişiklikdə bu öz əksini tapıb.

 

Bundan əvvəl insanların 5 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilmişdi. Qərar 8 sentyabr 2020-ci ildən qüvvəyə minir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV