Modern.az

Bakının bu küçə və prospektlərində sıxlıq var

Bakının bu küçə və prospektlərində sıxlıq var

Aktual

4 Sentyabr 2020, 19:52

Hazırda axşam pik saatı olduğundan bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

 

Bakı Nəqliyyat Agentliyindən (BNA) Modern.az-a bildirilib ki, H.Əliyev prospekti şəhər istiqamətində kənar yolda və Ş.İ.Xətai prospektindən H.Əliyev prospekti istiqamətində ciddi sıxlıq var. Sıxlıq səbəbindən qeyd olunan istiqamətlərdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında ciddi gecikmələr yaranıb. Hazırda H.Əliyev prospekti şəhər istiqaməti kənar yolda 15-dən artıq avtobus sıxlıqda qalıb.

 

Həmçinin, Z.Bünyadov prospektinin hər iki istiqamətində sıxlıq var. Burada da həm müntəzəm, həm də ekspres xətlər üzrə avtobusların hərəkətində çətinliklər var.

Sizə yeni x var
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!