Türkiyədə son sutka ərzində daha 53 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 564 nəfərə çatıb:
Nazir bildirib ki, son 24 saatda 200 laboratorıyada 117 113 şübhəli koronavirus testindən keçib, onlardan 1612-nin cavabı pozitiv çıxıb, ağır xəstə sayı 1041 nəfər olub, 1021 xəstə isə sağalaraq evə buraxılıb.
Türkiyədə ümumilikdə 276 555 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 249 108 nəfər sağalıb.
Nazir bildirib ki, bu xəstəlikdən ölənlərin sayı mayın 20-dən bəri ilk dəfə 50-ni keçib.
F.Qoca, həmçinin, Türkiyədə adət-ənənələrin, bayramların, kütləvi şəkildə dini ibadətlərin, toy-yas mərasimlərinin məhdudiyyətsiz davam etməsinin COVID-19-un sürətlə yayılmasına səbəb olduğunu deyib.